"Yuventus"da koronavirusa yoluxan 10-cu futbolçu

31 Mart 2021 21:40 İtaliya 1 026
"Yuventus"da koronavirusa yoluxan 10-cu futbolçu

Türkiyə millisinin və "Yuventus"un futbolçusu Merih Demiral koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

22 yaşlı müdafiəçidən götürülən test nümunələrinin cavabları müsbət çıxıb. Milli komandanın heyətində daha 3 oyunçuda infeksiya aşkarlanıb, lakin həmin şəxslərin adları açıqlanmayıb.

Demiral Türkiyə millisinə çağırılmasına baxmayaraq, zədəsi sağalmadığı üçün DÇ-2022-nin seçmə mərhələsində Niderland, Norveç və Latviya ilə matçlarda meydana çıxmayıb.

M.Demiral "Yuventus"da koronavirus testi pozitiv olan 10-cu futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti