Konte onu “İnter”də görmək istəyir

29 Mart 2021 22:00 İtaliya 671
Konte onu “İnter”də görmək istəyir

“İnter” yayda heyətini yeni hücumçu ilə gücləndirməyə çalışacaq.

Sportinfo.az xəbər verir ki, “neradzurra” “Atalanta”dan Luis Murieli transfer etmək niyyətindədir.

Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “İnter”in baş məşqçisi Antonio Kontenin kolumbiyalı hücumçunu öz komandasında görmək istədiyi bildirilib.

Muriel bu mövsüm A Seriyasında 26 oyunda 16 qol vurub. 29 yaşlı hücumçunun “transfermarkt”da dəyəri 26 milyon avrodur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti