"Yuventus"dan evdə gözlənilməz məğlubiyyət - VİDEO

21 Mart 2021 22:00 İtaliya 655
"Yuventus"dan evdə gözlənilməz məğlubiyyət - VİDEO

"Yuventus" İtaliya A seriyasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Turin klubu 28-ci turda evdə "Benevento"nu qəbul edib.

Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan qonaqlar gözlənilmədən səfərdə qalib gəlib - 1:0. Yeganə qolu 69-cu dəqiqədə Adolfo Qayç vurub.

Bu nəticədən sonra "Yuventus" 55 xalla 3-cü, "Benevento" 29 xalla 16-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 65 xalla "İnter" başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti