Türkə  4 milyon vəd edirlər, o isə...

19 Fevral 2021 18:20 İtaliya 676
Türkə  4 milyon vəd edirlər, o isə...

“Milan” türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğluna yeni müqavilə təklif edib.

Sportinfo.az xəbər verir ki, amma Hakan bu təklifi dərhal qəbul etməyib.

Tərəflər maliyyə məsələsində razılıq əldə edə bilmirlər.

“Milan” ona illik 4 milyon avro məvacib təklif edib. Ancaq Hakan 5,5 milyon tələb edir. Futbolçunun 5 milyon avroya razılaşacağı da güman olunur.

“Milan” rəhbərliyi yaxın günlərdə futbolçunun agenti ilə görüşüb məsələni müzakirə etməyi planlaşdırır. Hakan cari mövsümdə A seriyasında 19 oyun keçirib, 1 qol vurub, 8 qol ötürməsi edib.

Onun müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti