"Biz onların istədiklərini etmələrinə icazə verdik"

19 Fevral 2021 01:38 İtaliya 470
"Biz onların istədiklərini etmələrinə icazə verdik"

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Portu”ya uduzan “Yuventus”un baş məşqçisi Andrea Pirlo açıqlama verib.

Sportinfo.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Pirlo 1:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“İkinci dəqiqədə buraxılan qola tez reaksiya vermək çətindir. Futbolçular özlərinə inamı itirdilər və bu, oyunumuza təsir etdi.

Xoşbəxtlikdən Federiko Kyeza qol vurmağı bacardı. İndi cavab görüşünə daha yaxşı hazırlaşacağıq.

“Portu” Çempionlar Liqasında tez-tez belə oynayır. Biz onların istədiklərini etmələrinə icazə verdik. Topla daha yaxşı və sürətli oynamaq lazım idi. Oyuna yaxşı hazırlaşmışdıq, lakin lazım olan xarakteri göstərə bilmədik”.

“Yuventus” – “Portu” matçı martın 10-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti