İbranın əvəzinə Kərim?

15 Fevral 2021 22:00 İtaliya 603
İbranın əvəzinə Kərim?

"Real"ın qolçusu Kərim Benzema Madrid klubundan ayrılaraq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Milan" sahibləri fransalı hücumçuya 39 yaşlı Zlatan İbrahimoviçin potensial əvəzləyicisi kimi baxır.

Benzemanın Madrid təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayına qədər hesablanıb, lakin tərəflər onun uzadılması barədə hələ razılığa gəlməyiblər.

33 yaşlı oyunçu 2009-cu ildən bəri "Real"da oynayır. O, bu mövsüm 28 matç keçirib və 17 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti