"Yuventus" Ronaldonun müqaviləsini nə qədər uzadır?

5 Fevral 2021 10:00 İtaliya 520
"Yuventus" Ronaldonun müqaviləsini nə qədər uzadır?

"Yuventus" hücumçusu Kriştiano Ronaldonun müqaviləsini uzatmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, klub 35 yaşlı futbolçuya 2 illik müqavilə təklif etməyi planlaşdırır.

Məlumatda portuqaliyalı ulduzun komandada xoşbəxt olduğu və təklifi qəbul edəcəyi qeyd edilib.

"Yuventus" Ronaldonu 2018-ci ilin yayında "Real"dan 117 milyon avro qarşılığında transfer edib. O, bu mövsüm keçirdiyi 23 oyunda 22 qol vurub, 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti