“Məni hər gün öldürürlər”

1 Fevral 2021 22:00 İtaliya 1 112
“Məni hər gün öldürürlər”

“Napoli”nin baş məşqçisi Cennaro Qattuzo “Parma” ilə qarşılaşmadan (2:0) sonra keçirilən mətbuat konfransında yenə də emosional açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Qattuzo istefa verəcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

O, klub rəhbərliyinin başqa məşqçilərlə təmas qurmasından da gileylənib:

“İstefaya göndəriləcəyəm? Məni hər gün öldürürlər. Sanki komandam turnir cədvəlində sondan ikinci pillədə qərarlaşıb. Onu da deyim ki, haqqımda yazılanları oxumuram.

İndi qalib gəlmişik. Amma sonrakı iki oyunda məğlub olsaq, vəziyyət yenə də dəyişəcək. Mən ikiüzlü deyiləm. Amma hər kəsə hörmətlə yanaşıram. Məni hansısa fikrimdən döndərmək mümkün deyil.

Digər komand alarla ünsiyyət qurmağı özümə rəva görmədim (“Napoli” rəhbərliyinin Rafael Beniteslə əlaqə qurduğu bildirilir). Məni təklifləri müzakirə etməyə çağırdılar, amma razılaşmadım.

Bir neçə belə təklifdən imtina etdim, çünki mən belə xarakterə sahibəm”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!