İki məşhur futbolçu arasında KƏLLƏ QALMAQALI - VİDEO

27 Yanvar 2021 18:20 İtaliya 862
İki məşhur futbolçu arasında KƏLLƏ QALMAQALI - VİDEO

İtaliya Kubokunun 1/4 final matçında "İnter"in futbolçusu Romelu Lukaku ilə "Milan"ın hücumçusu Zlatan İbrahimoviç arasında münaqişə baş verib.

Sportinfo.az xəbər verir ki, ilk yarının sonlarında "qara-qırmızılar"ın müdafiəçisi Alessio Romanyoli belçikalı forvarda qarşı kobudluq edib.

Bundan narazı qalan Lukaku Romanyoli və İbrahimoviçlə mübahisəyə girib. Daha sonra mübahisə iki hücumçu arasında davam edib.

40 yaşlı forvard özündən 12 yaş kiçik oyunçunu təhqir edib və eyni tərzdə cavabını alıb. Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib.

58-ci dəqiqədə isə İbrahimoviç kobud oyunu ilə əlaqədar ikinci sarı vərəqə alaraq, meydandan qovulub.

Hesabı 31-ci dəqiqədə Zlatan İbrahimoviç açıb. 71-ci dəqiqədə Romelu Lukaku penaltidən bərabərlik qolunu vurub.

90+7-ci dəqiqədə isə "İnter"in futbolçusu Kristian Eriksen fərqlənərək, "İnter"ə 2:1 hesablı qələbə qazandırıb. Yarımfinalda rəqibi "Yuventus" - SPAL görüşünün qalibi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti