COP29

"Mənim həsəd aparacağım heç kim yoxdur, onlarla eyni səviyyədəyəm”

23 May 01:30 İtaliya 834
"Mənim həsəd aparacağım heç kim yoxdur, onlarla eyni səviyyədəyəm”

Argentina millisinin və “İnter”in hücumçusu Lautaro Martines özünün oyun səviyyəsini dəyərləndirib.

Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, argentinalı forvard özünü Kilian Mbappe, Erlinq Haland kimi futbolçularla müqayisə edib:

“Mən Kilian Mbappe, Erlinq Haland və Robert Levandovski ilə eyni səviyyədəyəm. Mənim həsəd aparacağım heç nə yoxdur.

Mənim kuboklarım və statistikam bunu göstərir. Buna görə də, mən bu böyük oyunçularla eyni səviyyədə ola bilərəm”.

Martines İtaliya çempionatının cari mövsümündə 33 oyunda iştirak edib. 26 yaşlı forvard 24 qol (ikisi penaltidən) və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!