"Qarabağ"ın rəqibi pasportunu itirdi, İspaniyaya qayıda bilmir

19 Noyabr 2020 01:30 İspaniya 441
"Qarabağ"ın rəqibi pasportunu itirdi, İspaniyaya qayıda bilmir

Ekvador millisinin və "Vilyarreal”ın müdafiəçisi Pervis Estupinan pasportunu itirib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

O, İspaniyaya qayıtmaq istədiyini və pasportunun tapılması üçün köməyə ehtiyacı olduğunu bildirib. Estupinan sənədlərini paytaxt Kitoda itirdiyini yazıb.

Ekvador millisi dünya çempionatının seçmə mərhələsində bu gün evdə Kolumbiyanı 6:1 hesabı ilə məğlub edib. Estupinan görüşdə sonuncu qolun müəllifi olub.

“Vilyarreal” “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu bu rəqibinə ilk oyunda 1:3 hesabı ilə uduzub. Komandalar arasında sonuncu tura təsadüf edəcək ikinci matç dekabrın 10-da İspaniyada baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti