Messinin "Barselona"da qalmasını istəmirlər – ŞOK OLAY!

18 Noyabr 2020 23:40 İspaniya 722
Messinin "Barselona"da qalmasını istəmirlər – ŞOK OLAY!

"Barselona"nın bir çox işçisi ulduz futbolçu Lionel Messinin 2020-ci ilin yayında komandadan ayrılacağına ümid edib.

Sportinfo.az xəbər verir ki, bunu Kataloniya təmsilçisinin işçilərindən biri "FourFourTwo" nəşrinə müsahibəsində etiraf edib.

O bildirib ki, 33 yaşlı hücumçunun klubda qalmasını öyrənəndən sonra hamısı kədərlənib:

"Çünki klubun ona maaş ödəmək üçün ixtisarlar edəcəyini bilirdik. Messini sevirəm, klub və futbol üçün etdiklərini qiymətləndirirəm, amma daha çox ailəmizi və işimizi sevirik".

Lionel Messi yayda "Barselona"nı tərk etmək istədiyini bildirib. Lakin klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti