“Mətbuatı oxumuram, öz həyatımı yaşayıram” – “Barselona”nın hücumçusu

18 Noyabr 2020 15:40 İspaniya 380
“Mətbuatı oxumuram, öz həyatımı yaşayıram” – “Barselona”nın hücumçusu

“Barselona”nın futbolçusu Martin Breytveyt açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Danimarka mətbuatına danışan hücumçu sərgilədiyi performansa görə tənqid edilməsinə əhəmiyyət vermədiyini deyib:

“Mətbuatı oxumuram, öz həyatımı yaşayıram. Nəyi necə edəcəyimi çox yaxşı bilirəm. Əlbəttə, tənqidləri eşidirəm, amma bunlara fikir vermirəm.

“Barselona” çox böyük klubdur və media oxucuların marağına xidmət edən yazılar yazır. Bir futbolçu olaraq ən yaxşı komandada, ən yaxşı futbolçularla oynamağa çalışırsan.

Hər zaman xəyal etdiyim yerdəyəm. “Barselona” kimi komandada olanda yaxşı olmalısan. Futbolçu kimi böyüməyə davam edəcəyim bir mərhələdəyəm”.

2020-ci ilin fevralından “Barselona”da çıxış edən Breytveyt, bu mövsüm La Liqada 4 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"