Almaniya tarixin ən ağır məğlubiyyətini İspaniyadan aldı - VİDEO

18 Noyabr 2020 12:00 İspaniya 1 033
Almaniya tarixin ən ağır məğlubiyyətini İspaniyadan aldı - VİDEO

UEFA Millətlər Liqasının 6-cı turunda İspaniya Almaniya ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, ev sahibləri bu görüşdə 6:0 hesablı qələbə qazanıb.

Bununla, almaniya millisi rəsmi turnirlərdə tarixinin ən ağır məğlubiyyətini alıb - Bundestim indiyədək altı top fərqi ilə uduzmayıb.

Bunadək antirekord DÇ-1954-də qeydə alınıb. Həmin mundialda dünya çempionu olan Almaniya qrupda Macarıstana 3:8 hesabı ilə yenilib.

Yoxlama oyunlarını da nəzərə alsaq, Almaniyanın ən ağır məğlubiyyəti 1909-cu ildə İngiltərə ilə görüşə təsadüf edib – 0:9.

Digər Xəbərlər
Xəbər Lenti