Suaresin “Barselona”dan son istəyi nə olub?

18 Noyabr 2020 10:20 İspaniya 654
Suaresin “Barselona”dan son istəyi nə olub?

Uruqvaylı hücumçu Luis Suares “Atletiko”ya keçməzdən əvvəl “Barselona” rəhbərliyindən müqaviləsinin uzadılmasını istəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

33 yaşlı forvard "Barselona” rəhbərliyindən sözləşməsinin 4 il artırılmasını istəyib. Lakin La Liqa təmsilçisi bu şərtlə razılaşmayıb və Suares komandadan ayrılıb.

Suares yayda azad agent kimi “Atletiko” ilə müddəti iki illik olan müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti