“Messi ilə indi də çox danışırıq” – Luis Suares

17 Noyabr 2020 19:40 İspaniya 397
“Messi ilə indi də çox danışırıq” – Luis Suares

“Atletiko”nun ulduzu Luis Suares “Barselona”dan ayrılması ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Madrid klubuna keçidi haqqında danışan uruqvaylı hücumçu keçmiş komanda yoldaşı Lionel Messi ilə münasibətlərinə də toxunub:

“Messi ilə indi də çox danışırıq. Onunla söhbət edirik, amma artıq daha çox həyatımız barədə söhbətləşirik. Futboldan, taktikadan, qollardan çox az danışırıq.

“Barselona”dan ayrıldığım üçün məyus idim, amma bir qapı bağlananda, işinə, peşəkarlığına dəyər verən beş qapı açıq olur. “Barselona” məni istəməsə də, məni heyətində görmək istəyən başqa klub var idi. Xoşbəxt olduğum yeri tapmışam”.

Digər Xəbərlər
Xəbər Lenti