“Kim “Barselona”da oynamaq istəməz ki?” – Depay

14 Noyabr 2020 01:52 İspaniya 763
“Kim “Barselona”da oynamaq istəməz ki?” – Depay

Son vaxtlar adı “Barselona” ilə yanaşı çəkilən “Lion”un futbolçusu Memfis Depay açıqlama verib.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu millinin İspaniya ilə keçirdiyi yoxlama oyunundan (1:1) sonra Kataloniya klubuna keçəcəyi ilə bağlı iddialara cavab verib:

“Kim “Barselona”da oynamaq istəməz ki? “Barselona” möhtəşəm və dünyanın ən yaxşı komandalarından biridir. Lakin mənim hazırkı fikrim millinin oyunlarındadır. Daha çox çalışaraq, ən yaxşı olmaq istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!