"Barselona"nın qış "transfer pəncərəsi" üçün planlarında kimlər var?

14 Noyabr 2020 00:14 İspaniya 776
"Barselona"nın qış "transfer pəncərəsi" üçün planlarında kimlər var?

“Barselona”nın qış transfer pəncərəsi üçün planları məlum olub.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu Junior Firpo, Martin Braytvayt və Karis Alenanı satmaq istəyir.

La Liqa təmsilçisi “Lion”dan Memfis Depayı və “Mançester Siti”dən Erik Qarsiyanı transfer etmək niyyətindədir.

Həmçinin baş məşqçi Ronald Kuman futbolçusu Usman Dembeleni komandadan göndərməkdən imtina edib. O, digər hücumçu Ansu Fati zədəli olduğu üçün Dembeleni saxlamaq qərarına gəlib.

Lakin 23 yaşlı oyunçunun müqaviləsinin 2022-ci ildə başa çatması vəziyyəti çətinləşdirir. Əgər Dembele yeni sözləşmə imzalamazsa, “Barselona” onu satmaq məcburiyyətində olacaq.

Bundan əlavə, klub yarımmüdafiəçisi Rikki Puç ilə də yolları ayırmaq istəmir. Rəhbərlik oyunçunu icarəyə verərək, büdcəyə qənaət etməyin tərəfdarıdır.

"Barselona” hazırda La Liqanın turnir cədvəlində 11 xalla 8-cidir, Çempionlar Liqasının G qrupunda isə 9 xalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti