“Mən bilirəm ki, komanda daxilində Messi ilə bağlı nə baş verir”

12 Noyabr 2020 23:20 İspaniya 500
“Mən bilirəm ki, komanda daxilində Messi ilə bağlı nə baş verir”

Antuan Qrizmanın dayısı onun “Barselonaa”dakı adaptasiya dövrü ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu prosesin çox uzun çəkdiyini bildirib.

O, komanda daxilindəki durum barədə də məlumat verib: “Mən əmin idim ki, Antuan ilk ayda uğur əldə edə bilməyəcək. Amma bu prosesin 1 il çəkəcəyini gözləmirdim.

Mən bilirəm ki, komanda daxilində Messi ilə bağlı nə baş verir. Bu, asan deyil. Leo var qüvvəsi ilə çalışmır. Amma məşq prosesi elə qurulub ki, hər şey bir nəfərə hesablansın. Ola bilsin ki, məhz buna görə heç nə alınmır.

Antuan isə yorulmadan çalışır. Kimsə çalışmadan heyətdə yerini təmin edibsə, Antuanla bağlı belə deyil. O, var qüvvəsi ilə çalışmalıdır ki, yaxşı olduğunu sübut etsin”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı