“Barselona”nın hücumçusunda koronavirus aşkarlandı

11 Noyabr 2020 19:40 İspaniya 328
“Barselona”nın hücumçusunda koronavirus aşkarlandı

“Barselona”nın futbolçusu Martin Breytveyt koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Breytveytin Danimarka millisinin düşərgəsinə qoşulduqdan sonra verdiyi koronavirus testi müsbət çıxıb.

29 yaşlı hücumçu ilə yanaşı, yığmanın daha 7 futbolçusunda koronavirus aşkarlanıb. Virusa yoluxanlar karantinə alınıblar.

Digər Xəbərlər
Xəbər Lenti