“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti 28 ildən sonra işğaldan azad edilən Şuşa şəhərindən fotolar paylaşıb.
Sportinfo.az xəbər verir ki, illər öncə lentə aldığı 2 yeni fotonu öz instaqram səhifəsində paylaşan Diqqəti belə şərh verib:
“Şuşa azad edildi! Şuşa Azərbaycandır!
Hamımız Şuşada çay içmək üçün görüşəcəyik”.
Fotojurnalist daha öncə də “Şuşada sonuncu çay -1992-ci il” başlığı ilə 3 foto paylaşmışdı.






