“Messi tənqid ediləcək adam deyil, danışannları görəndə gülürəm"

8 Noyabr 2020 01:52 İspaniya 728
“Messi tənqid ediləcək adam deyil, danışannları görəndə gülürəm"

“Barselona”nın sabiq futbolçusu Tyerri Anri son zamanlarda tənqid edilən Lionel Messi haqda açıqlama verib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, fransız sabiq hücumçu Messinin tənqidlərə layiq olmadığını deyib:

“Messi haqda danışan insanları görəndə gülürəm. İnsanlar onun nələr etdiyini unudurlar. Başa düşürəm, hekayələr danışmalısan, ancaq bu oğlan haqda yox. Messi tənqid ediləcək adam deyil, o, xoşbəxt olmağa layiqdir”.

2003-cü ildən “Barselona”da çıxış edən Messi 34 kubok qazanıb. Argentinalı futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti