"Real" məvacibləri yenidən azaldır, kapitan isə...

7 Noyabr 2020 10:20 İspaniya 684
"Real" məvacibləri yenidən azaldır, kapitan isə...

"Real"ın yaxın gələcək üçün maliyyə planları məlum olub.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi koronavirus pandemiyası üzündən radikal addımlar atacaq.

Belə ki, İspaniya nəhəngi maliyyə xərclərini 190 milyon avroya endirməkdə qərarlıdır. Paytaxt təmsilçisinin idarəçiləri öncə oyunçuların əməkhaqqılarını 15-20 faiz aşağı salmaq üçün fərdi danışıqlara başlayacaq.

İlin sonuna qədər maaşların azaldılmasıyla əlaqədar məsələləri yoluna qoymağı hədəfləyən rəhbərlik ardından Serxio Ramosun yeni müqavilə məsələsinə baxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!