"“Barselona”da dəyişikliyə ehtiyac var" - Pike

5 Noyabr 2020 22:40 İspaniya 546
"“Barselona”da dəyişikliyə ehtiyac var" - Pike

“Barselona”nın futbolçusu Jerar Pike komandanın uğursuz çıxışını şərh edib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı müdafiəçi La Liqada yaxşı nəticələr qazanmaq üçün dəyişikliklər edilməli olduğunu deyib:

“Müxtəlif şəraitlərə görə hazırda bizim üçün də çətindir. Bu, yalnız klubda baş verənlər ilə yox, həm də azarkeşlərin yoxluğu ilə əlaqədardır. Çempionlar Liqasında işlərimiz yaxşı gedir. Amma La Liqada da belə olması üçün dəyişikliklərə ehtiyac var və bunları edəcəyik.

Çoxlu gənc futbolçumuz var və oyunumuza dinamika qatırlar. Vaxtımız azdır. Ancaq özümüzə inamımızı bərpa etməyə və inkişaf etməyə ehtiyacımız var”.

9 xalla Çempionlar Liqasının G qrupuna liderlik edən “Barselona” La Liqanın turnir cədvəlində 8 xalla 12-cidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti