“Barselona” və Messi haqda: “Sanki nağıllar aləmində idim”

5 Noyabr 2020 19:00 İspaniya 775
“Barselona” və Messi haqda: “Sanki nağıllar aləmində idim”

Kiyev “Dinamo”sunun qapıçısı Ruslan Neşeret Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə keçirilən oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, “Dinamo” bu oyunda məğlub olub – 1:2.

Buna baxmayaraq, qapıçı bu qarşılaşmanın karyerasında xüsusi yeri olduğunu deyir: “Sanki nağıllar ələminə düşmüşdüm. Belə bir stadionda belə bir komandaya qarşı oynamaq hər bir futbolçunun arzusudur.

Messi penaltini əla yerinə yetirdi. O, bu sahədə ən yaxşılardan birdir. Biz çox şadıq ki, belə komandaya qarşı oynamaq şansımız oldu”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM