"Bu, bizim üçün həyat yox, ölüm oyunu idi"

4 Noyabr 2020 18:40 İspaniya 682
"Bu, bizim üçün həyat yox, ölüm oyunu idi"

“Real”ın kapitanı Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “İnter”lə keçirilən oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma “Real”ın qələbəsi ilə yekunlaşıb – 3:2.

Ramos bu oyunun onlar üçün çox vacib olduğunu vurğulayıb: “Əla oyun və əldə edilən 3 xal. Amma bu 3 xalı qazanmaq çox çətin oldu. Qalib gəldikdə, zəif nəticələrdən sonra yaranan şübhələrdən qurtulursan.

Bu, bizim üçün həyat yox, ölüm oyunu idi. “İnter” hesabı bərabərləşdirəndən sonra irəli getmək lazım idi. Biz üstünlüyü buna verdik və nəticə oldu”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!