”Mən Messinin qalması üçün hər şeyi qurban verməzdim”

3 Noyabr 2020 18:40 İspaniya 908
”Mən Messinin qalması üçün hər şeyi qurban verməzdim”

“Barselona”nın prezidenti postuna namizəd olan Pere Riera Lionel Messi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Riera Messinin klubda qalıb-qalmayacağını futbolçunun özünün müəyyənləşdirməli olduğunu bildirib.

O, Leonun qalması üçün hər şeyi qurban verməyə lüzum olmadığını vurğulayıb:

“Mən Messinin qalması üçün bütün mümkün variantlardan yararlanmazdım. Son nəticədə, gələcəyini o özü müəyyənləşdirir.

Onun yayda “Barsa”nı tərk etmək istədiyinə şübhə edirəm. Təkrar edirəm, şəxsən mən Messinin qalması üçün hər şeyi qurban verməzdim”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM