“Buna görə hirslənmişdik” - “Barselona”nın hücumçusu

2 Noyabr 2020 12:20 İspaniya 969
“Buna görə hirslənmişdik” - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Antuan Qrizmann La Liqanın 8-ci turunda “Alaves”ə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, fransalı ulduz 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Üç xal qazanmaq istəyirdik və buna görə hirslənmişdik. Qapı qarşısında çoxlu şanslar yaratsaq da, fərqlənə bilmədik. Son zərbələrdə dəqiq olmalıyıq.

Biz daha da inkişaf etməliyik. Qarşımızda uzun yol var və hələ başlanğıcdayıq. Üzərində işləməli olduğumuz məsələlər var”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM