"Qarabağ" üzərində qələbə "Vilyarreal"a nə qazandırdı?

1 Noyabr 2020 16:20 İspaniya 849
"Qarabağ" üzərində qələbə "Vilyarreal"a nə qazandırdı?

Avropa Liqasının I qrupunun II turunda "Qarabağ" üzərində səfər qələbəsi "Vilyarreal" üçün əlamətdar hadisə ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, bu, La Liqa təmsilçisinin bütün dövlərdə avrokuboklarda ən yaxşı startı kimi tarixə düşüb.

İndiyədək qrup mərhələsinin ilk 2 matçında heç vaxt ardıcıl qələbə qazanmayan komanda ən yaxşı halda 4 xal toplaya bilib.

Həmçinin "Vilyarreal" bu nəticə ilə avrokuboklarda məğlubiyyətsiz səfər oyunları seriyasını 12-yə çatdırıb.

"Qarabağ" İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda baş tutan qarşılaşmada rəqibinə 1:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!