"Qarabağ"la matçda zədələndi, 3 həftə oynamayacaq

31 Oktyabr 2020 21:10 İspaniya 680
"Qarabağ"la matçda zədələndi, 3 həftə oynamayacaq

“Vilyarreal”ın Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”la matçda zədələnən futbolçusu Xuan Foytun durumuna aydınlıq gəlib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin əzələsində yırtıq aşkarlanıb.

Argentinalı oyunçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Buna görə də futbolçu Argentina milli komandasının Paraqvay və Peru ilə DÇ-2022-nin seçmə oyunlarını, La Liqada "Valyadolid" və "Xetafe", Avropa Liqasında isə "Makkabi" (Təl-Əviv) ilə matçları buraxacaq.

Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçirilmiş matçda "Qarabağ" "Vilyarreal"a 1:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM