Qvardiolanın "Barselona"ya qayıtmaq niyyəti yoxdur

31 Oktyabr 2020 01:24 İspaniya 840
Qvardiolanın "Barselona"ya qayıtmaq niyyəti yoxdur

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola sabiq klubu “Barselona”ya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis “şəhərlilər”də qalmaq niyyətində olduğunu deyib:

“Mançester Siti”də özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Ümid edirəm ki, buarada daha uzun müddət qalmaq üçün bu mövsüm daha yaxşı işlər görə biləcəm”.

Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubunu çalışdırıb. O, 2016-cı ildən “Mançester Sti”də işləyir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM