Messini məhşur film ulduzuna bənzətdi: "Futbolun "Harri Potter"idir"

29 Oktyabr 2020 23:40 İspaniya 966
Messini məhşur film ulduzuna bənzətdi: "Futbolun "Harri Potter"idir"

İtaliyalı əfsanə Kristian Vyeri Messini ötən gecəki çıxışından sonra futbol dünyasının sehrbazına bənzədib.

Sportinfo.az xəbər verir ki, Lionel Messi "Yuventus" - "Barselona" matçında Usman Dembeleyə məhsuldar ötürmə və penaltidən qol sayəsində yaddaşlarda qalıb.

Bu performansından sonra italiyalı sabiq forvard Messini futbolun "Harri Potter"i deyə adlandırıb.

"Möhtəşəm "Barselona", belə oyun hələ görülməyib. Onlar 6-7 qolu asanlıqla vura bilərdilər. Messi isə əsl sehrbazdır, o futbolun "Harri Potter"idir".

Vyeri 1996-97-ci illərdə "Yuventus"un formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti