“Vilyarreal”a “Qarabağ”la oyun üçün 4 hücumçu lazım oldu

29 Oktyabr 2020 00:40 İspaniya 422
“Vilyarreal”a “Qarabağ”la oyun üçün 4 hücumçu lazım oldu

Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq İspaniyanın “Vilyarreal” klubunda oyunun iştirak ərizəsi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi matçın baş tutacağı İstanbula 24 futbolçu ilə yollanıb.

Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 8-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur. Baş məşqçisi Unay Emerinin sərəncamında olanlardan 4 oyunçu B listindən əlavə olunub.

Müxtəlif səbəblərdən Xerard Moreno, Alberto Moreno, Dani Parexo və Pervis Estupinyan Türkiyəyə gedən heyətdə yer almayıblar.

Oktyabrın 29-da “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” - “Vilyarreal” oyunu Bakı vaxtı ilə 21:55-də start götürəcək.

Qapıçılar: 1. Serxio Asenxo, 13. Jeronimo Rulli (Argentina), 35. Filip Yorgensen (İsveç)
Müdafiəçilər: 2. Mario Qaspar, 3. Raul Albiol, 21. Xayme Kosta, 22. Sofian Çakla (Mərakeş), 20. Ruben Penya Ximenes, 24. Alfonso Pedraza, 4. Pau Torres, 6. Funes Mori (Argentina), 8. Xuan Foit (Argentina)
Yarımmüdafiəçilər: 10. Visente İborra, 14. Manu Trigeros, 23. Moi Qomes, 19. Frensis Kokelin (Fransa), 11. Samuel Çukvuze, 16. Takefusa Kubo (Yaponiya), Ramiro Querra, 32. Aleks Baena
Hücumçular: 9. Karlos Bakka (Kolumbiya), 12. Daniel Raba, 17. Pako Alkaser, 20. Fernando Ninyo.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı