Unay Emeri: "Qarabağ" sabah "Sivasspor" kimi oynayacaq"

28 Oktyabr 2020 16:14 İspaniya 579
Unay Emeri: "Qarabağ" sabah "Sivasspor" kimi oynayacaq"

"İki cəbhədə davamlı uğurlar üçün əl-ələ verməyə çalışırıq. Performansı qorumaq baxımından bir az səy göstərməliyik. Komandanın inkişaf etdiyini görürəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının I qrupunun II turunun "Qarabağ"la oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, əsas məqsədləri qrupu ilk pillədə bitirməkdir: "Sabah "Qarabağ" "Sivasspor" kimi oynayacaq. Heyətində müxtəlif ölkələrdən sürətli və təcrübəli futbolçular yer alır. Avropada oynamağa öyrəşmiş kollektivdir. Bir-birilərini yüksək səviyyədə başa düşürlər. Çətin oyun olacaq".

Digər Xəbərlər
Xəbər Lenti