Kərim Ronaldo və Messinin yolu ilə getdi

28 Oktyabr 2020 19:30 İspaniya 642
Kərim Ronaldo və Messinin yolu ilə getdi

Çempionlar Liqasının qrup mərhələsində “Borussiya”(Mönhenqladbax) ilə matç (2:2) “Real”ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu görüşün 87-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Beləliklə, Almaniya təmsilçisi Benzemanın bu turnirdə qol vurduğu 30-cu komanda olub. Fransalı oyunçu bu nəticə ilə "Yuventus"un futbolçusu Kriştiano Ronaldo və "Barselona"nın kapitanı Lionel Messinin uğurunu təkrarlayıb.

B qrupunun turnir cədvəlinə 4 xalla “Şaxtyor” başçılıq edir. “Borussiya” 2 xalla 2-ci dir. Eyni xalı olan “İnter” 3-cü pillədə qərarlaşıb. Aktivinə yalnız 1 xal yazdırmağı bacaran “Real” isə sonuncudur.

Digər Xəbərlər
Xəbər Lenti