"Vilyareal"ın kapitanı: "Qarabağ"ı məğlub etmək çox çətindir"

28 Oktyabr 2020 18:34 İspaniya 718
"Vilyareal"ın kapitanı: "Qarabağ"ı məğlub etmək çox çətindir"

"Mövqeyimizi qorumaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Vilyareal"ın kapitanı Mario Qaspara məxsusdur.

Əvvəlki illərdə qrup mərhələsinin ilk səfər oyunlarında əziyyət çəkdiklərini xatırladan komandanın lideri "Qarabağ"la matçda yaxşı nəticəyə ümid etdiklərini söyləyib: "Təcrübələr göstərir ki, bu turnirdə istənilən rəqibi məğlub etmək çox çətindir".

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!