"bu axşam komandamla fəxr etdim, qrupdan çıxacağımıza şübhəm yoxdur”

28 Oktyabr 2020 17:38 İspaniya 446
"bu axşam komandamla fəxr etdim, qrupdan çıxacağımıza şübhəm yoxdur”

“Real” futbolçuları düzgün reaksiya göstərdilər. İlk yarıda çox yaxşı oynadığımızı düşünürəm. Buraxdığımız ilk qolda ciddi səhv etdik. Bu cür dramın olacağını düşünmürdük".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsində “Borussiya” (Münhenqladbax) ilə oyundan sonra mətbuat konfransında deyib.

Fransalı mütəxəssis səfərdə qeydə alınan 2:2 hesablı heç-heçəni belə şərh edib: “Təəssüf ki, futbolçularımız topa sahib olmaqda üstünlüyü ələ ala bilmədilər. Bunun futbolçulara necə təsir etdiyini başa düşürəm.

Hər kəs üçün çətin bir il olacaq, amma bu axşam komandamla fəxr etdim. Bu cür oynayaraq qrupdan çıxacağımıza şübhə etmirəm”.

B qrupunun turnir cədvəlinə 4 xalla “Şaxtyor” başçılıq edir. “Borussiya” 2 xalla 2-ci dir. Eyni xalı olan “İnter” 3-cü pillədə qərarlaşıb. Aktivinə yalnız 1 xal yazdırmağı bacaran “Real” isə sonuncudur. Növbəti turda "Real" "İnter" i qəbul edəcək. Qarşılaşmalar noyabrın 3-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti