İspaniya klubu "Qarabağ”la oyuna 5...

28 Oktyabr 2020 14:22 İspaniya 674
İspaniya klubu "Qarabağ”la oyuna 5...

Avropa Liqasının qrup mərhələsində İstanbulda “Qarabağ”la qarşılaşacaq İspaniya klubu “Vilyarreal” səfərdə oynamasına baxmayaraq, matçın favoritidir.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi Azərbaycan çempionu önündə uğurlu seriyasını davam etdirmək əzmindədir.

Unay Emerinin rəhbərlik etdiyi komanda Avropa Liqasının qrupundakı son 11 səfər qarşılaşmasında məğlubiyyət üzü görməyib.

Axırıncı dəfə 2015/16 mövsümündə Vyana “Rapid”inə uduzan (1:2) “Vilyarreal” son 11 matçın 3-də qələbə qazanıb, 8-də rəqibləri ilə bərabərə qalıb.

Oktyabrın 29-da “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Vilyarreal” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"