“Bu, xeyli səhvlərlə yadda qalan bir prezidentin kədərli sonluğudur”

28 Oktyabr 2020 13:40 İspaniya 360
“Bu, xeyli səhvlərlə yadda qalan bir prezidentin kədərli sonluğudur”

La Liqanın prezidenti Xavyer Tebas “Barselona”nın sabiq prezidenti Xosep Mariya Bartomeunu tənqid edib.

Sportinfo.az xəbər verir ki, Bartomeu “Barselona”nın Premyer Liqasında iştiraka razılıq verdiyini və bunun uğursuz addım olduğunu deyib:

“Bartameonun “Barsa”dakı son günündə verdiyi açıqlama olduqca uğursuz addımdan xəbər verir. Zəif və xəyali turnirə qatılmaq onları məhv edər.

Bu açıqlama göstərir ki, Bartomeu futbol sənayesindən xəbərsiz adamdır. Bu, xeyli səhvlərlə yadda qalan bir prezidentin kədərli sonluğudur”.

Bartomeu “Barsa”nı n prezidenti postundan istefa verib. Məlumata görə, Almaniya, İtaliya, Fransa, İngiltərə, İspaniyanın nəhəng klubları Avropa Premyer Liqasının yaradılmasına razılıq veriblər.

Digər Xəbərlər
Xəbər Lenti