“Vilyarreal” bu futbolçunu da “Qarabağ”la oyuna aparır

27 Oktyabr 2020 22:00 İspaniya 489
“Vilyarreal” bu futbolçunu da “Qarabağ”la oyuna aparır

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Vilyarreal” hücumçusu Jerar Morenonu səfər matçına aparmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı forvard zədəsini tam sağaldıb.

İspaniya millisinin üzvü 3 həftədən sonra ilk dəfə bu gün kollektivlə məşqlərdə iştirak edəcək. Məhz həmin məşqin ardından baş məşqçi Unay Emeri onunla bağlı qərarı verəcək. Təcrübəli mütəxəssisin forvardı İstanbula yollanacaq heyətə cəlb etməsi gözlənilir.

Jerardan fərqli olaraq, müdafiəçi Alberto Moreno və yarımmüdafiəçi Dani Parexonun zədə ucbatından oktyabrın 29-dakı matçı buraxacaqları dəqiqdir.

"Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Vilyarreal” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı