“Barselona”nın prezidenti: "Hərdən mən də onların evinə gedirəm”

27 Oktyabr 2020 15:32 İspaniya 351
“Barselona”nın prezidenti: "Hərdən mən də onların evinə gedirəm”

Sportinfo.az xəbər verir ki, “Barselona”nın prezidenti Xosep Mariya Bartomeu Jerar Pike haqda danışıb.

Bir müddət əvvəl mətbuatda məlumat yayılmışdı ki, “Barsa” rəhbərliyi sosial şəbəkədə futbolçuları tənqid etmək üçün vəsait ayırıb.

Xüsusi qruplar Messi, Pike, Puyolun səhifələrində aktivlik göstərərək klub rəsmilərini müdafiə etmək tapşırığı alıblar. Pike rəhbərliyin bu addımını “oğurluq” adlandırmışdı. Bartomeu məsələyə belə münasibət bildirib:

“Biz Jerarı sevirik. Amma klub rəhbərliyinin onları tənqid etmək üçün vəsait ayırması ilə bağlı yayılan məlumat yalandır. Mənim sözlərimi audit də təsdiqləyib.

Mən çox sevinirəm ki, o, klubun durumunu nəzərə alıb məvacibinin azaldılmasına razılıq verdi. Futbolçularla publika önündə mübahisə etmək istəmirəm. Bu məsələ öz aramızda qalmalıdır. Onlar bilirlər ki, evimin qapısı həmişə açıqdır. Hərdən mən də onların evinə gedirəm”.

Digər Xəbərlər
Xəbər Lenti