Uspanların hansı ulduzları "Qarabağ"a qarşı oynamayacaq?

27 Oktyabr 2020 12:16 İspaniya 583
Uspanların hansı ulduzları "Qarabağ"a qarşı oynamayacaq?

Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la qarşılaşacaq "Vilyarreal"da zədəli futbolçuların durumuna aydınlıq gəlib.

Sportinfo.az "futbolfantasy.com" saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisinin 2 oyunçusu - Alberto Moreno və Dani Parexonun Ağdam klubu ilə matçı buraxacağı dəqiqdir. Həmçinin Pervis Estupinyan böyük ehtimalla meydana çıxa bilməyəcək.

Əvəzində Jerar Moreno və koronavirusdan sağalmış Sofian Çakla sıraya qayıdıb. Dizində zədəsi olan Funes Morinin isə oyuna kimi hazır olub-olmayacağı sual altındadır.

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da