Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la qarşılaşacaq "Vilyarreal" bu mövsüm səfərdə qələbə qazana bilməyib.
Sportinfo.az xəbər verir ki, Unay Emerinin baş məşqçi olduğu komanda La Liqada rəqib meydanında keçirdiyi iki görüşdə qolsuz heç-heçə edib, birində isə uduzub.
Sonuncu - 7-ci turda "Kadis"lə bərabərə qalan "Vilyarreal" daha əvvəl "Atletiko" ilə oyunda 1 xala razılaşıb və Kataloniyada "Barselona"ya 0:4 hesabı ilə məğlub olub.
"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.