"Ağızlarını yummaq üçün burada deyilik"

25 Oktyabr 2020 22:30 İspaniya 946
"Ağızlarını yummaq üçün burada deyilik"

"Barselona" üzərində 3:1 hesablı qələbədən sonra "Real"ın baş məşqçisi Zinədin Zidanın komandadakı taleyinə də aydınlıq gəldi.

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis "Real Madrid"in keçirdiyi son iki oyunda qələbə qazanmadığı üçün kəskin tənqidlərə məruz qalmışdı.

"El-Klasiko"dakı zəfərin ardından bu tənqidlər də bir az səngimiş oldu. Lakin Zidan bildirib ki, "Real"ın dünənki qalibiyyəti tənqidçiləri susdurmaq üçün deyildi.

"Onların ağzını bağlamaq üçün burada deyilik. Öz işimizi görürük, etdiklərimizə inanır, lazım gəldiyi halda birlik oluruq - biz bunları edirik. Qələbəni komanda şəklində qazandıq, onlarla qürur duyuram", - deyə "Real"ın təcrübəli baş məşqçisi qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”