"Barselona" "El Klasiko"nu "Real"a uduzdu - VİDEO

24 Oktyabr 2020 20:10 İspaniya 854
"Barselona" "El Klasiko"nu "Real"a uduzdu - VİDEO

İspaniya La Liqasında VII turu “El-Klasiko” ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, “Barselona” və “Real” arasında qarşılaşma Barselona şəhərində keçirilib.

İspaniyanın iki ən titullu klubunun qarşılaşması erkən qollarla başlayıb. Öncə madridlilər Federiko Valverdenin qolu ilə hesabı açıb. Ardınca meydan sahibləri fərqlənib. Ansu Fati “El-Klasiko”da qol vuran ən gənc oyunçu adını qazanıb.

İkinci hissədə penalti zərbəsini dəqiq yerinə yetirən Serxio Ramos paytaxt təmsilçisini yenidən hesabda önə çıxarıb. Qarşılaşmanın son dəqiqəsində isə Luka Modriç fərqi iki topa çatdırıb.

6 oyunda 13 xal toplayan “Real” 1-ci pilləyə yüksəlib. 5 görüşdən sonra 7 xala malik “Barselona” 10-cudur.

"Barselona" - "Real" 1:3
Qollar:
Fati, 8 - Valverde, 5, Ramis, 63 (pen.), Modriç, 90

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da