Messidən yoxdur, yox…

21 Oktyabr 2020 14:36 İspaniya 409
Messidən yoxdur, yox…

“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Ferntsvaroş”a qalib gəlib – 5:1.

Sportinfo.az xəbər verir ki, “Barsa”nın qollarından birini Lionel Messi vurub.

Bununla da, argentinalı hücumçu tarixi göstəriciyə imza atıb.

O, ÇL-də 16 mövsüm dalbadal qol vuran ilk futbolçu olub. Messi 2005/2006 mövsümündən bəri ÇL-də hər il fərqlənib.

Leo cari mövsümdə “Barsa”nın heyətində 5 oyun keçirib, 2 qol vurub, 3 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti