Bu hadisə "Qarabağ"ın başına gələcək?

21 Oktyabr 2020 14:50 İspaniya 954
Bu hadisə "Qarabağ"ın başına gələcək?

"Vilyarreal"ın azarkeşlərlə bağlı hökumətə müraciəti qəbul olunmayıb.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi avrokuboklarda ilk turun "Sivasspor" ilə matçında stadiona 3 min fanatın buraxılmasını istəsə də, müsbət cavab ala bilməyib.

Koronavirusla bağlı İspaniyadakı vəziyyət tərəfdarların oyunlarda iştirakı üçün mükəmməl təhlükəsizlik protokolu tələb edir. Matça az vaxt qaldığından, bunu həyata keçirmək mümkün olmayıb. Ona görə də qarşılaşma azarkeşsiz keçiriləcək.

Lakin "Vilyarreal"ın "Makkabi" (Təl-Əviv), həmçinin "Qarabağ"lə evdə oynayacağı matçlarda fanatların stadiona buraxılacağı istisna edilmir.

Avropa Liqasında qrup mərhələsinə oktyabrın 22-də start veriləcək. "Qarabağ" ilk oyununu İsraildə "Makkabi"yə qarşı keçirəcək. Ağdam klubunun "Vilyarreal"la ev oyunu oktyabrın 29-da, səfər matçı dekabrın 10-da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!