"Qarabağ"ın rəqibi La Liqanın yeni lideri oldu - VİDEO

19 Oktyabr 2020 00:00 İspaniya 1 035
"Qarabağ"ın rəqibi La Liqanın yeni lideri oldu - VİDEO

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” İspaniya La Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi komanda 6-cı turda “Valensiya” ilə qarşılaşıb.

Görüş “Vilyarreal”ın 2:1 hesablı qələbəsiylə başa çatıb. “Vilyarreal”ın qollarına Pako Alkaser və Dani Parexo imza atıb.

“Vilyarreal” hazırda 11 xalla liderdir.

“Qarabağ” Avropa Liqasının İ qrupunda “Vilyarreal”, “Sivasspor” (Türkiyə) və “Makkabi” (Tel-Əviv, İsrail) ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM