“Barselona”nın cəmi 3 futbolçusu koronavirus pandemiyasının büdcəyə vurduğu zərərlə əlqədar maaşlarının azaldılması ilə razılaşıb.
Sportinfo.az xəbər verir ki sözügedən oyunçular Mark-Andre ter Ştegen, Frenkie de Yonq, Kleman Lanqledir.
Digər futbolçular isə klub rəhbərliyinin bu təklifinə etiraz edərək, maaş azaldılması ilə bağlı onlara göndəilən sənədləri imzalamayıblar.
“Barselona” rəhbərliyi komandanın oyunçularından yalnız bir mövsümlük maaşlarnda endirim edilməsinə razılaşmalarını təklif etmişdi.

