"Qarabağ"la oynaması üçün heç bir maneə qalmadı

17 Oktyabr 2020 12:30 İspaniya 715
"Qarabağ"la oynaması üçün heç bir maneə qalmadı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal”da zədəli futbolçulardan biri sıraya dönüb.

Sportinfo.az xəbər verir ki, dayaq yarımmüdafiəçisi Frensis Kokelin tam sağalıb.

La Liqanın III turunda “Barselona” ilə matçda (0:4) fasilədən sonra əvəzlənən 29 yaşlı oyunçunun sağ bud əzələsində yırtılma aşkarlanmışdı. Bugünkü tibbi baxışdan sonra fransalının sağaldığı və artıq məşqlərə başlaması üçün heç bir maneənin qalmadığı açıqlanıb.

Ondan fərqli, ekvadorlu müdafiəçi Pervis Estupinyan və hücumçu Jerar Moreno zədə səbəbindən qarşıdakı turları, eyni zamanda oktyabrın 29-da “Qarabağ”la Bakıda keçiriləcək II tur matçını buraxacaq. Koronavirusa yoluxan müdafiəçi Sofian Çakla isə müalicə alır.

“Vilyarreal” Avropa Liqasının İ qrupunda “Qarabağ”la yanaşı, “Sivasspor” (Türkiyə) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq. İspaniya təmsilçisi ilk görüşünü oktyabrın 22-də evdə “Sivasspor”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu